Təkamül

Təkamülün sübutları


Yer üzerində heyvanların təkamül ağacı

           

Makrotəkamül tarixən uzun dövr ərzində baş verdiyi üçün insan onu  bilavasitə müşahidə edə bilmir.Makrotəkamülün əsasında da mikrotəkamül prosesləri durur.Hər ikisində ilkin olaraq divergensiya baş verir,yaşamaq uğrunda mübarizə və təbii seçmə təsir göstərir.

Konvergensiya-müxtəlif sistematik qruplara daxil olan orqanizmlərdə oxşar mühit şəraitinin təsirindən təkamülcə oxşar xüsusiyyətlərin qazanmasıdır.



Rüşeymlərin oxşarlığı.Embriologiya orqanizmlərin rüşeym dövründə inkişafını öyrənən elmdir.

Həşəratların çoxunun süfrələrinin qurdlara bənzəməsi onların belə əcdadalardan başlanğıc götürməsinə əsas verir

Qazıntı halında tapılan orqanizmlərə əsasən keçid formalar müəyyən edilir və müxtəlif sistematik qruplar arasında qohumluq əlaqələri dəqiqləşdirilir

V.O.Kovalevski atın filogenetik sırasını müəyyənləşdirərək onun  təkamülünü aydınlaşdırmışdır.
V.O.Kovalevskiyə görə təkdırnaqlılar Paleogenin ilk dövrlərində yırtıcı məməlilərin bir şaxəsi olan tülkü boyda kiçik heyvanlardan başlanğıc götürmüşlər.

Eohippusun ön ətrafında 4,arxa ətrafında isə 3 barmaq  və çənələrdə isə qabarıq dişləri olmuşdur


Комментариев нет:

Отправить комментарий