Virus


Kompüter normal işini pozan zərəli proqramları nəyə görə «virus» adlandırırlar?

Çünki onlar kompüterdə çoxalıb ,kompüteri məhvinə səbəb olurlar.





                   Virus (lat. virus - "zəhər") — ən bəsit canlı orqanizmdir.Hüceyrəvi quruluşa malik deyil. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D.İ.İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur
Viruslar hüceyrəvi qururluşa malik deyil
        Viruslar həm prokariot, həm də eukariot mikroorqanizmlərdən bir sıra əlamətlərin görə fərqlənirlər ki, bunlar aşağıdakı əlamətlərdir:
1.Viruslar ancaq bir tipli nuklein turşusuna (DNT ya da RNT) sahibdirlər.
2.Hüceyrə quruluşu yoxdur.
3.Böyümə və ikiyə bölünmə qabiliyyətinə malik deyillər.
4.Xüsusi metabolik sistem yoxdur.
5.Öz tərkib hissəsinin hesabına deyil, sahib hüceyrənin hesabına çoxalır.
6.Xüsusi zülalını sintez etmək üçün sahib hüceyrənin ribosomundan istifadə edir.
7.Genetik parazitdir.
Viruslar ekosistemdə demək olar ki, hər yerdə mövcuddurlar. Virusları mikrobiologiyanın bir bölməsi olan virusologiya öyrənir. Virusların sahib hüceyrədən kənar forması virionlar kimi adlanır. Virus hissəcikləri adətən 2, yaxud 3 hissədən ibarət olur:
1.Genetik informasiyanı daşıyan DNT, yaxud RNT-dən təşkil olunmuş genetik                    material
2. Bəzi hallarda genləri əhatə edən zülal qatı
3. Zülalları əhatə edən lipid təbəqəsi
          Bütün viruslar Vira aləmi altında birləşdirilir. Tərkibində olan nuklein turşusunun tipinə görə 2 yarım aləmə ayrılır: DNT tərkibli viruslar və RNT tərkibli viruslar. RNT tərkibli viruslar riboviruslar, DNT tərkibli viruslar isə dezaksiriboviruslar kimi tanınırlar.
RNT tərkibli viruslara aşağıdakı qrupları misal göstərmək olar: Ortomyxoviridae (qrip virusları), Paramyxoviridae (buraya qızılca, epidemik parotit və digər viruslar daxildir), Rhabdoviridae (quduzluq, vezukulyar stomatit və s.), Retroviridae (QİÇS virusu və s.), Picornaviridae (enteroviruslar, A hepatit virusu və s.), Reoviridae (reoviruslar, rotoviruslar) və digərləri.




          Virusları spiralvari və sferik formalardan başlamış müxtəlif mürəkkəb            quruluşlara qədər geniş  miqyasda dəyişirlər. Ümumiyyətlə, virusların orta ölçüsü bakteriyaların orta  ölçüsünün təxminən yüzdə birinə bərabərdi .



. Əvvəllər uçuq çıxacaq hissə qızaran kimi həmin hissəni spirtlə silirdilər ki, viruslar daha da baş qaldırmasın. Elə indi də bu cür üsul işə yarayır. İndi herpesə qarşı mazlar var. O mazlar tətbiq olunandan sonra maz birbaşa virusa təsir edir və uçuqlamaların qarşısı alınır. Bu cür mazlar eyni zamanda dərinin zədələnməməsinə də kömək edir. Ailədə bu virusdan əziyyət çəkən insanlar varsa, onların əl-üz dəsmallarını ayırmaq lazımdır.
İstifadə etdikləri qab, stəkan və bu kimi əşyaları ayırmaq evdəki digər insanları da virusa yoluxmaqdan qoruyar. "Uçuğa toxunulmamalıdır. Toxunulsa əllər çox yaxşı yuyulmalıdır. Qadınlar makiyaj edərkən diqqətli olmalıdırlar. Uçuğa dəyən hər hansı bir makiyaj alətini göz və göz kənarlarına vurmamalıdırlar. Xüsusilə körpələr, uşaqlar və digər insanlar öpülməməlidir. Uçuqlu insanın istifadə etdiyi dəsmal, stəkan, çəngəl, qaşıq və s. əşyalar ayrılmalı və başqalarının istifadə etməsinə icazə verilməməlidir. Uçuq və uçuq yarasının qabığı ilə oynanılmamalıdır"
 Uçuğu tamamilə müalicə edib bir daha çıxmamasını təmin edəcək heç bir müalicə metodu yoxdur. Bütün müalicələrin məqsədi xəstə narahatlığının tez keçməsini təmin etmək və uçuğun təkrar çıxma riskini azaltmaqdır. Normalda adi uçuqlar ən gec 2 həftəyə qədər sağalıb yox olar. Lakin təsirli müalicə üsulları ilə də bu müddəti azaltmaq mümkündür. İstifadə olunacaq uçuq kremlərinə gəlincə, kremi ilk hiss olunan ərəfədə vurmaq daha effektli olur, nəinki üstündən həftələr keçdikdən sonra. Tez vurulan krem uçuğun üzə çıxmadan yox olmasına səbəb olar. Əgər uçuq üzərinə bakteriyalar da yerləşir və yara daha da ağırlaşırsa, bu zaman antibiotik mazlardan da istifadə etmək mümkündür: "Herpes virusu orqanizmdə ömür boyu yaşayır, əsasən sinir sistemində olur və özünü heç nə ilə büruzə vermir. Buna görə də xəstələr çox vaxt öz yaxınlarını yoluxdururlar. Herpes immun sisteminə dağıdıcı təsir göstərir, xəstəliyi çoxsaylı təkrarlanması immun çatışmazlığı vəziyyətinə gətirib çıxarır. Adi herpes virusu hamiləlik və doğuş patologiyasının inkişafına - qəfil abortlara və dölün bətndaxili ölümünə gətirir. Buna görə, çox diqqətli olmaq lazımdır".




Viruslar hüceyrə daxil parazitdirlər. Hər bir virus növü üçün həssas hüceyrə növü vardır. Məsələn ,hepatit virusları əsasən qaraciyərdə ,quduzluq virusu sinir hüceyrələrində , dəmrovlar,ekzema dəridə çoxalır. Xəstəlikdən sonra insanda bəzi virus infeksiyalarına qarşı immunitet yaranır . Belə ki,uşaqlıqda  məxmərək və ya qızılca xəstəliyi keçirən insan bir daha bu xəstəliyə tutulmur.Virus xəstəliklərinin müalicəsi imunitetin möhkəmləndirilməsi ilə bağlıdır.Virus xəstəliklərinin profilaktik tədbirlərindən biri peyvəndlərin tətbiq edilməsidir.

Комментариев нет:

Отправить комментарий