Dərman bitkiləri
Azərbaycanın müalicəvi bitkiləri
Azərbaycanda bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları ilə
insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla
çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta
bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini
etiraf etmək məcburiyyətindədir. Məlum olduğu kimi, Azərbaycan florasına
daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və
insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində
istifadə etmişlər. Belə xüsusiyyətə malik bitkilər 1545 növlə təmsil olunurlar
ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil
edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə
introduksiya edilən növlər də daxildir.
Müalicəvi bitkilər
Bir çox bitkiləri insan qidada istifadə edir, digərlərini
isə təbiətdə və evdə seyr edirlər. Bundan başqa isə elə möcüzəvi otlar da var ki,
müalicəvi xüsusiyyətlərə malikdirlər və insana müxtəlif xəstəlikər zamanı
sağalmağa kömək edirlər. Belə bitkiləri müalicəvi bitkilər adlandırırlar. Çox
vaxt biz ayaqlarımızın altında belə “yaşıl həkimlər”in bitməsi haqda heç fikirləşmirik.
Məsələn, barmağını əzmisənsə, qanın saxlanılmasında görkəmsiz bağayarpağı köməyinə
çata bilər. Bağayarpağının sadəcə bir yarpağını yaranın üstünə qoymaq kifayət
edər və qanın axması o dəqiqə dayanacaq. Bu kimi bir çox bitkiləri insanlar
müalicə üçün istifadə edirlər. Məsələn müalicəvi bitkilərə bunları aid etmək
olar:çobanyastığı,yovşan, inciçiçəyi, dazıotu, peyğəmbərçiçəyi, itburnu, moruq,
qarğıdalı, gicitkən, zəfəran və s.
Tərxun
Tərxun insan orqanizmi üçün vacib olan bir çox vitamin və
maddələrlə zəngindir. Buna görə də ilk növbədə vitamin çatışmazlığı zamanı tərxundan
daha çox istifadə etmək lazımdır. Tərxunun faydalarından biri həzm prosesini
yaxşılaşdırmasıdır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə
həzm prosesini asanlaşdırmaq mümkündür. O mədənin fəaliyyətini gücləndirir. Tərxunla
damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı
da təmizləyir. Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan
istifadə etməklə bədəndəki duzları xaric etmək olar.
İtburnu
Bu bitkiyə dərgil də deyirlər. Respublikamızın ərazisində
geniş yayılıb. Tibb elmləri doktoru, əməkdar elm xadimi Dursun Hüseynov bu
bitki barədə yazır ki, onun tərkibi vitaminlərlə, şəkərlərlə, mikroelementlərlə
olduqca zəngindir. Bitki aləmində yayılmış vitaminlərin hamısı,xüsusilə S
vitamini (oskorbin turşusu) dərgilin tərkibində lap çoxdur. Odur ki , onu
"təbii vitamin" kompleksi adlandırırlar. Elə tərkibində olan qiymətli
maddələrin zənginliyinə və bir sıra müalicəvi xüsusiyyətlərinə görə ondan xalq
təbabətində geniş istifadə olunur.
Moruq
Azərbaycanın
ərazisində geniş yayılıb. Əsasən 15 növü bitir. Moruğun kimyəvi tərkibi növündən,
becərmə şəraitindən asılı olaraq müxtəlifdir. Meyvələrinin tərkibində S, V, E
vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr
vardır. Ona görə də böyük müalicəvi xüsusiyyətə malikdir. Podaqra (oynaq və
toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində
dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır. Moruğun payızda yığılmış köklərinin
həlimi astma xəstəliyində yaxşı dərmandır: 1 x.qaşığı xırdalanmış kökləri 1 stəkan
qaynar suda 15-20 dəq zəif odda qaynatmaq, 1 saat dəmləmək. Bronxial astmada ¼
stəkan gündə 3 dəfə qəbul etmək.
Qarğıdalı
Böyrək və qara ciyər xəstəlikləri zamanı ondan istifadə
edirlər. Belə ki, həmin xəstəliklərə mübtəla olduqda bitkinin saçaqlarını çay
kimi dəmləyib gündə bir neçə dəfə içmək məsləhətdir. Saçaqlarının tərkibində
efir yağı, saponinlər, K vitamini və sair maddələr var. Qarğıdalı saçağından
hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir. Belə ki, onun saçaqlarından
duru ekstrakt hazırlanır və ondan qan kəsici dərman kimi istifadə olunur.
Yemişan
Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı
salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir
sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin
damarlarında qan dövranını gücləndirir, taxikardiyanı (ürəyin tez-tez döyünməsini)
və aritmiyanı aradan qaldırır, arterial təzyiqi bir qədər aşağı salır və yuxunu
yaxşılaşdırır. Allergiya xəstəliklərinin müalicəsində də yemişan yaxşı nəticə
verir. Bunun üçün ondan alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı
miqdarında qəbul edilməsi tövsiyyə olunur. Yemişanın meyvələrinin ekstraktı
taxikardiyanı və aritmiyanı aradan qaldırır, ağrı hissini azaldır, ürək sahəsində
ağırlıq hissini aşağı salır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Kardiosklerozda
məsləhət görülür. Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə
30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı
qəbul edilir.
Gicitkən
Bədən oynaqlarında duz olarsa, onun kötüyünü çıxarıb təmizləyin.
Sonra qayçı ilə doğrayıb çaynikdə qaynadın. Yeməkdən əvvəl gündə üç dəfə hər dəfə
də 100 qram) için. Oynaqlarda duz çox olarsa, fasilə ilə bunu altı ay davam
etdirmək olar. Qarın ağrısı (ishal) zamanı isə onun yarpağından istifadə edilir.
Bunun üçün gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyin və
gündə 3-4 stəkan için.
Zəfəran-qiymətli dərman bitkisidir. İnsanlara qədim
zamanlardan məlumdur. Dünyanın çox az yerində bitir. Abşeronda zəfəran bitir.
Vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları
onunla sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan
istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə,
görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır.
Zəfəran mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş
verən çürümənin qarşısını alır.
çox gözəl
ОтветитьУдалить