Testlər

 Testlər


1.Düzgün cavabı seçin:

a) Aerob bakteriyalar oksigensiz / oksigenli mühitdə yaşayır

b) Saprofitlər üzvi qalıqlarla /digər canlıların üzvi maddələri ilə qidalanır

c) Spiralşəkilli / vergülşəkilli bakteriyalar vibrionlar adlanır
2.Uyğunluğu müəyyən edin:        I Yeməli göbələklər                   
                                                       II  Zəhərli göbələklər                            

1) ağ göbələk    2) solğun əzvay  3) tozağacı    4) yalançı tülküqulağı


3.Düzgün cavabı seçin  :                                          

a) Maya göbələyi sporla / tumurcuqla çoxalır.
b) Taxıl bitkiləri üzərində sürmə / qov göbələyi parazitlik edir.

c) Penisil / qov göbələyindən dərman hazırlanır

4.  20 hüceyrədən ibarət olan ulotriksin cəmi neçə xromotoforu var?

A)     10                B) 19        C) 40          D) 5         E)   1


5.Şibyələrdə bəzi göbələklə yosunların birgə yaşayışına səbəb nədir?

A) çoxalmaları        B) quruluşları     C) yayılmaları    D) qidalanmaları     E) müdafiələri

6.Bitkilərə, göbələklərə, və heyvanlara uyğun əlamətləri seçərək cədvəlin müvafiq sütunlarına qeyd edin.
1.Əsasən heterotrof qidalanma, 2.Möhkəm hüceyrə divarı, 3. Plastidlərin olması,        4.Fəal hərəkət, 5.Əsasən avtotrof qidalanma, 6.Həzm sistemi, 7.İri hüceyrə vakuolu,        8.Tənəffüs sistemi, 9.Tozlanma.
Bitkilər
Heyvanlar
Göbələklər




7.Düzgün anlayışları seçin: “+”, “ – “


1) Yetkin sfaqnum bitkisinin rizoidləri olmur.

2) Qıjının cavan yarpaqlarının ucu spiralvari burulmuşdur.

3) Qatırquyruğular birillik bitkilərdir.

4) Bitkilərin əksəriyyəti heterotrof hesab olunur.


8. Quş mamırı və qıjı bitkiləri üçün ümumi əlaməti göstərin:

a) rizoidlərin olması      b) köklərin olması   

c) gövdənin olması        d) toxumun olması


9.Cədvəldə yerləşdirin :hidra,pişik,yaşıl evqlena,ilan,volvoks,infizor tərlik,askarid
Birhüceyrəli heyvanlar
Çoxhüceyrəli heyvanlar





10. Düzgün variantı seçin:

a) Kartof bitkisinin meyvəsindən / gövdə yumurusundan qida məhsulu kimi istifadə edirlər.

b) Xaççiçəklilərin meyvəsi buynuzmeyvədir / qutucuqmeyvədir

c) Lobya, akasiya, noxud bitkiləri mürəkkəbçiçəklilər / paxlalılar fəsiləsinə aiddir.


11.Qıjının inkişaf mərhələlərinin düzgün ardıcıllığını müəyyən edin:

a) yetkin bitki –protal – sporlar – cavan bitki

b) yetkin bitki – sporlar – protal – cavan bitki              

 c) protal – sporlar – yetkin bitki – cavan bitki  


12. Düzgün ifadələri seçin: “+”, “-“

1.) Çoxhüceyrəli yosunlara-ulotriks,spirogira və ulvanı misal göstərmək olar
2.) Birhüceyrəli yosunlara-xlorella,xlamidomonada və laminariyanı misal göstərmək olar

3.) Coxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən tallomdan ibarətdir


13. Hansı bitkilərdə ikiqat mayalanma baş vermir? 3 doğru cavabı seçin:

a) alma      b) eldar şamı      c) sərv     d) çiyələk   e) küknar   f) kələm


14. Verilən təsvirlərə görə çiçək düsturlarını tərtib edib, qarşısında yazın.

a) 5 bitişik kasa yarpağı, 5 ləçək, 10 erkəkcik və 1 dişicik

b) 5 bitişik kasa yarpağı, 5 bitişik ləçək, 5 erkəkcik və 1 dişicik

c) 5 kasa yarpağı, 5 ləçək, çoxlu erkəkcik və çoxlu dişicik


15.Çoxhüceyrəli yaşıl yosunlar hansılardır? 

a) ulotriks, spirogira     b)xlorella,xlamidomonada  c)  xlorella,spirogira

Testlərin cavabı
1. a) oksigenli
   b) üzvi qaliqlarla
   c) vergülşəkilli
2.    I.Yeməli  göbələk     1) ağ göbələk                  3) tozağacı
      II.Zəhərli göbələk     2)solğun əzvay                4) yalançı tülküqulağı
3. a) tumurcuqla             b) sürmə                   c) penisilin
4. b)  19
5)  d) qidalanma
6.  
Bitki
Heyvan
Göbələk
2, 3,5 ,7 , 9
1, 4, 6, 8
1, 2, 7

7. 1)  +                     2)  +            3)  -                 4) -
8) c
9.  
Birhüceyrəli heyvanlar
Çoxhüceyrəli heyvanlar
Yaşıl evqlena, volvoks, infuzor tərlik
Hirdra, pişik, ilan, askarit

10. a) gövdə yumrusundan      b) buynuzmeyvə     c) paxlalılar fəsiləsi
11.  b)
12.  1) +         2) -         3) +
13. b,c,e
14 .  a)   K(5)  L 5 E 10 D1        b)   K(5) L(5) E5 D1    c)  K5L5 E5  D) 

15.   a)

Комментариев нет:

Отправить комментарий