Qan



Qan

Qan (lat. sanguisyun. haima) – orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkərini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3-4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 7%-ni qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: Plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. 

 Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır

 Mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir

 Aktiv bioloji maddələrin sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir   Bədən temperaturunun sabit saxlanılmasında iştirak edir

 Zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur


Qanın formalı elementləri










Kimlər qan verə bilməz

  • ·        Hepatit B – heç bir zaman qan verə bilməzlər.
    ·        Hepatit C – heç bir zaman qan verə bilməzlər.
    ·        AIDS – heç bir zaman qan verə bilməzlər.
    ·        Malyariya – müalicə olunandan 3 il sonra qan verə bilərlər.
    ·        Vərəm – müalicə olunandan 5 il sonra qan verə bilərlər.
    ·        Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər.
    ·        Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər.
    ·        Bronxit-xroniki xəstələr qan verə bilməz.
    ·        Epilepsiya xəstələri qan verə bilməzlər.
    ·        Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər.
    ·        Diabet - qanda şəkərin miqdarı normal olan halda qan verə bilər.
    ·        Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər.

Qanazlığı zamanı yaxşı qidalanmaq lazımdır




  • Картинки по запросу qidalarda protein değeri


Картинки по запросу qan qruplari







 Qan dövranı sisteminə ürək, arteriyalar, venalar və kapilyar qan damarları daxildir

Картинки по запросу kiçik qan dövranı











Qan

Qan dövranı orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan öz hərəkəti ilə toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını və maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır. Qan dövranı böyük qan dövranı və kiçik qan dövranı olmaqla iki yerə ayrılır. 



Böyük qan dövranı

Qanın sol mədəcikdən çıxıb bədənin bütün arteriyaları, kapilyarları və venaları ilə sağ qulaqcığına qədər keçdiyi yola böyük qan dövranı deyilir. Böyük qan dövranında ürəkdən qovulan qan bədənin ən ucqar hissələrinə paylandıqdan sonra yenidən ürəyə qayıdır. Bu qan dövranı ürəyin sol mədəciyindən ən iri arteriya olan aorta damarı ilə başlayır. Aorta öz gedişində şaxələr əmələ gətirir, bu şaxələrdən də bir cütü ürək əzələsini qanla təhciz edir. Bu damarlara ürəyin tac damarları deyilir. Digər şaxələr isə qanı boyuna, başa və yuxarı ətraflara aparır. Döş və qarın boşluğunda aortadan ayrılan arteriya şaxələri gövdəni, döş və qarın boşluğundakı orqanları və aşağı ətrafları qanla təhciz edir. Hər bir üzvdə arteriyalar tədricən daha kiçik şaxələrə bölünərək, sıx kapilyar şəbəkəsini əmələ gətirir. Bu kapilyarlar birləşib venaları əmələ gətirir. Bunlardan qan iki böyük venaya toplanır. Yuxarı boş vena başdan, boyundan və yuxarı ətraflardan, aşağı boş vena isə bədənin digər hissələrindən, aşağı ətraflardan və gövdədən qanı ürəyə daşıyır. Hər iki boş vena ürəyin sağ qulaqcığına açılır. Sağ qulaqcıqdan venoz qan sağ mədəciyə tökülür

.Böyük qan dövranı ilə ürəkdən bir damar çıxır ( aorta) ,iki damar qamar ilə (aşağı boş vena,yuxarı boş vena),ürəyə qayıdır.

Похожее изображение

Kiçik qan dövranı

Qanın sağ mədəciyindən çıxıb, ağciyər arteriyalarını, kapilyarlarını və venalarını dolanaraq ürəyin sol qulaqcığına qədər keçdiyi yola kiçik qan dövranı deyilir. Kiçik qan dövranı ürəyin sağ mədəciyindən ağciyər arteriyası ilə başlayır və iki şaxə ilə ağciyərlərə gedir. Bu şaxələr ağciyərlərdə daha kiçik şaxələrə – arteriollara, bunlar da burada saysız-hesabsız alveollarını (ağciyər qovucuqlarını) sıx bürüyən kapilyarlara bölünür. Qan ağciyər kapilyarları ilə axdıqca alveollardan qana keçən oksigen eritrositlərdəki hemoqlobinlə birləşərək oksihemoqlobinə çevrilir. Beləliklə ağciyər kapilyarlarında venoz qan arteriyal qana çevrilir. Qan oksigenlə təmin olunduğu zaman buradakı karbon qazı ağciyər alveollarına keçir. Sonra qan venoz kapilyarlarını, bunlar da bir-biri birləşərək iki cüt ağciyər venalarını əmələ gətirir. Ağciyər venaları ürəyin sol qulaqcığına açılır. Qan sol qulaqcıqdan sol mədəciyə keçir.
Demeli ürəkdən 2  damar ( aorta,ağciyər arteriyası) çıxır,ürəyə isə 6 damar (4 ağciyər venası,aşağı boş

vena və yuxarı boş vena) gəlir.
Картинки по запросу kiçik qan dövranı.

Limfa sistemi -  Hüceyrəarası sahələrində toplanan toxuma mayesi (toxuma limfası) adsorbsiya vasitəsilə əvvəlcə limfa kapillyarlarına və sonra limfa damarlarına keçir və bunların birləşməsindən əmələ gələn limfa axacaqları vasitəsilə venoz sistemə daşınır, beləliklə limfa sistemi venoz sisteminin köməkçi aparatı hesab olunub, bir tərəfdən quruluşu (limfa damarlarında qapaqcıqların olması) və limfanın cərəyanı cəhətcə ona artıq dərəcədə oxşayır və digər tərəfdən xüsusi limfa düyünlərinin olmasıilə venoz sistemdən fərqlənir.

Limfa sistemində dövran edən limfa qələvi reaksiyalı, şəffaf rəngsiz, və ya zəif sarımtıl, yapışqanabənzər maye toxumadır, limfa elementlərindən və plazmadan ibarətdir.

Limfa sisteminin vücud üçün artıq dərəcədə əhəmiyyəti vardır.


1.  hüceyrəarası sahələrdə toxuma limfasını venoz sistemə daşımaq;
2.  nazik bağırsağın divarlarından sorulan yağları (xilusu) qan damar sisteminə daşımaqdır,
3.  limfa düyünləri süzgəc vəzifəsi görərək limfada axan zərərli maddələri özündə saxlamaq;
4.  limfa düyünlərində yeni leykositlər və limfositlər əmələ gətirmək;
5.  yeni leykositlərin fəaliyyəti ilə limfa sisteminə daxil olan mikroblar ilə - infeksiya amillərilə mübarizə etmək (faqositoz - mühafizəçi vəzifə daşımaq)





Картинки по запросу limfa dövranı


Комментариев нет:

Отправить комментарий